Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Albaniyanın Eskobarı” iki il qaçaqlıqdan sonra təslim oldu

Albaniyanın ən məşhur narkobaronlarından biri olan Klement Balili iki il qaçaq həyatından sonra polisə təslim olub.

Bu ölkənin hüquq-mühafizə orqanları bildirir ki, Balilinin təslim olması üçün uzun müddət onun ailə üzvlərilə danışıqlar aparılıb. Bizimyol.info xəbər verir ki, danışıqların nəticəsi olaraq, yanvarın 15-də Saranda şəhəri yaxınlığında o, Albaniya milli polis qüvvələrinin rəhbəri Ardi Beliuya təslim olub. Bundan sonra o, paytaxt Tiranaya gətirlib.

Danışıqlarda Balilinin qardaşı oğlu, bələdiyyə meri Riqels Balilinin də köməyi dəyib. Kiçik Balili əmisinin özünün təslim olduğunu təsdiqləyib. Abba onun indiyə qədər harada gizlənməsindən xəbərsiz olduğunu bildirib.

Balili külli miqdarda qanunsuz narkotik dövriyyəsilə yanaşı, həm də çirkli pulların yuyulmasında ittiham olunur. “Albaniyanın Eskobarı” kimi tanınan Balili haqqındakı cinayət işinin istintaqı başa çatandan sonra – iş materialları məhkəməyə göndərilən ərəfədə təslim olub.

Balili 2014-cü ildə Saranda Regional Nəqliyyat Agentliyinin direktoru təyin olunmuşdu. Son illərdə isə onun adı “Balkanlarda ən çox axtarılan cinayətkarlar” siyahısına əlavə olunmuşdu. Çünki 2016-cı ildə məlum olub ki, bu adam həm də Avropa Birliyi ölkələrində, xüsusən Yunanıstanda fəaliyyət göstərən narkoticarət şəbəkəsinə başçılıq edir. Yunanıstanda 700 kiloqrama yaxın narkotik tutulanda cinayətkar şəbəkənin çoxsaylı üzvləri həbs edilmişdi. Həmin vaxt Balili ona yönəlik ittihamları rədd etsə də, az sonra ümumiyyətlə, aradan çıxdı.

Balilini kolumbiyalı narkobaron, tarixə XX əsrin ən qəddar cinayətkarlarından biri kimi düşmüş Pablo Eskobarla müqayisə edərək, onu “Albaniyanın Eskobarı” adlandırırlar.

Son xəbərlər
Bütün xəbərlər »