Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gitara çalmağı öyrənmək üçün 10 YouTube kanalı
Musiqi alətlərində ifa etmək bir çoxlarının uşaqlıq arzusudur. Lakin, valideynlərimizin bu barədə heç düşünməmələri və ya öz tənbəlliyimiz ucbatından bu bacarığa sahib deyilik. Amma dövr dəyişib, texnologiya və internet dünyanı daha rahat vəziyyətə gətirib. İndi biz evdən çıxmayaraq da istədiyimiz şeyi öyrənə bilərik, hətta gitara çalmağı da.

pahoo.az gitara çalmaq mövzusunda faydalı olacaq 10 youtube kanalı sizə təqdim edir:

Andy CrowleyGitara öyrənməyə yeni başlayanlar üçün əla kanaldır. Burada siz gitara və rok’n’roll musiqisinə giriş dərsləri ala bilərsiniz. Bu, işin əsasları və texnikasını mənimsəmək üçün ideal kanaldır.

RockOnGoodPeople

Həm akustik, həm də elekton gitarada çalmaq öyrədilir. Burada keçirilən dərslərdə siz rok, blues, country, jazz, metal və sair musiqi janrlarına uyğun gitara dərsləriylə tanış ola biləcəksiniz.

Texas Blues Alley

Anthony Stauffer elektrogitarada ifa etməyi mükəmməl bacarır. Bu kanal həm gitarada daha da təkmilləşmək istəyən mükəmməlçilərə, həm də yeni başlayanlara faydalı gələcək videolar təklif edir.

JustinSandercoe və JustinGuitar Songs

Bu iki kanalda yeni başlayan gitara ifaçısından tutmuş peşəkar musiqiçiyə kimi hər kəs faydalı dərs tapmağa nail olacaq. Kanalda 750-dən çox video mövcuddur.

Free Guitar Videos

Gitaraya yeni başlayanlar üçün peşəkar ifaçıların verdiyi dərslər. Burada akustik və elektron gitarada çalmağa aid müxtəlif dərslər var. Həmçinin də blues, jazz, country, metal kimi musiqi janrlarında ifa etmək öyrədilir.

GuitarJamz

Bu kanalda siz gitara çalmağın ən asan və fərqli yollarını müxtəlif fəndlər vasitəsilə öyrənmək imkanı əldə edəcəksiniz.

YGSGuitarLessons

Burada gitara müəllimlərinin verdiyi olduqca çox sayda dərs mövcuddur. Çox sayda insan müstəqil olaraq gitara çalmağı məhz bu kanal vasitəsilə öyrənmişdir. Sizə burada hər şey öyrədilir – klassikadan tutmuş, roka kimi.

Guitar-Online

Bu rusdilli kanal olduqca başadüşülən və sadədir. Siz burada rahat anlaya biləcəyiniz videodərslər tapa və asanlıqla gitara çalmağı öyrənə biləcəksiniz.

GitaristTV

Sürətli öyrənmə metodikasıyla hazırlanmış bu kanal yeni başlayanlar üçün idealdır. Əgər qısa müddətdə gitara çalmağın əsaslarına və texnikasına yiyələnmək istəyirsinizsə, bu kanala baş çəkin.

LickNRiff — Free Guitar Education

Bu maraqlı kanalda bir çox praktik və nəzəri məlumatlar verilir, fərqli mahnıların çalınma texnikası detallı şəkildə izah edilir.

TV Cifras

Portuqalca olsa da, bu kanalı rus və ya ingilis subtitrləriylə izləmək mümkündür. Kanalda siz akustik, elektron və bas gitarada çalmağın əsaslarını öyrənəcəksiniz.

Son xəbərlər
Bütün xəbərlər »