Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı yolsuzluq avtomobili Çində istehsal edildi - Fotolar

Pekində dünyanın ən bahalı yolsuzluq avtomobili təqdim edilib.

Bizimyol.info Ölkə.az-a istinadən xəbər verir ki, maşının qiyməti 2 milyon dollardır.

Qara rəngli avtomobilin qeyri-adi dizaynı var və “Stels” bombardmançı təyyarəsinə oxşayır.

“Karlmann King” adlı markanın hər bir modeli fərdi sifariş əsasında yığılacaq. Layihə cəmi 10 belə avtomobil istehsalı üçün planlaşdırılıb.

Sifarişlə kuzovu gülləkeçirməz də hazırlamaq mümkündür. Bu zaman isə avtomobilin çəkisi 4.5 tondan 6 tona qədər artır.

Avtomobilin interyeri xarici görünüşü ilə heç də uyğun deyil. Çünki salon bahalı bir otelin foyesini xatırladır.

“Karlmann King” modelini Avropadan olan mühəndislər komandası istehsal edir.

Son xəbərlər
Bütün xəbərlər »