Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin Aya apardığı pambıq toxumları cücərib - Foto

Çinin " Chang'e-4" missiyasının Aya apardığı pambıq toxumları cücərməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Çin Milli Kosmos Administrasiyası yayıb.

Qeyd edək ki, tarixdə ilk dəfə olaraq yanvarın 3-də Ayın Yerdən görünməyən uzaq səthinə aparat endirmək mümkün olub. Həmçinin ilk dəfədir ki, Ayda bioloji artım müşahidə olunur.

Çinin missiyası Ayda geoloji tədqiqatlar aparacaq, həmçinin bitkilərin yetişib-yetişə bilməyəcəyini yoxlayacaq. Pambıq toxumları ilə bağlı təcrübə də bu məqsədlə həyata keçirilib və artıq ilkin nəticələr qeydə alınıb.

Əvvəllər Beynəlxalq Kosmik Stansiyalarda bitkilər yetişdirilib, amma Ayda bitki yetişdirilməsi ilk dəfədir ki, baş tutur.

Foto: Çinin Ayda Tədqiqatlar Proqramı

Ayda və yaxud Marsda bitkilərin yetişmə ehtimalının qiymətləndirilməsi kosmik tədqiqatlarda həlledici əhəmiyyət daşıya bilər. Bunun mənası odur ki, kosmonavtlar özləri üçün lazım olan məhsulları özləri yetişdirə bilərlər və çoxillik tədqiqatlar baş tuta bilər. Bu zaman əlavə təchizat üçün missiyaları yarımçıq dayandırıb Yerə qayıtmaq tələb olunmayacaq.

Twitter/cgtnofficial: Çin mediasının təqdim etdiyi foto

Aparat Aya həmçinin kartof toxumları, maya və milçək yumurtalarını saxlayan torpaq kütləsi aparıb. Bu maddələr qapalı konteynerdə daşınıb. Bitkilərin süni, özlərini təmin edə bilən mühitdə mini biosfer yarada biləcəyi ehtimal olunur.

Son xəbərlər
Bütün xəbərlər »