Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlar xarici nömrə ilə sərnişindaşıma xidməti göstərən daşıyıcılardan şikayətçidir - Video
Azərbaycanda xarici dövlət nömrə nişanı ilə sərnişindaşıma xidməti göstərən avtobuslardan yerli sahibkarlar şikayətçidir.

Bizimyol.info-ya açıqlama verən sahibkar Çoşqun Talobiv bildirib ki, xarici ölkəyə məxsus avtobusların Azərbaycanda xidməti göstərməsi onların fəaliyyətinə mane olur.

"Biz nəqliyyat vasitəsini Azərbaycana idxal edərkən gömrük rüsumunu ödəyirik. Turizm sahəsində fəaliyyət göstəririk. Vergilər Nazirliyində qeydiyyatdan keçmişik, VÖEN almışıq. Avtobusun hər biri oturacağına görə, 3,60 manat sadələşdirilmiş vergi ödəyirik, Dövlət Sosial Sığorta Fonduna sosial sığorta haqqı ödəyirik. Nəqliyyat vasitəsini texniki baxışdan keçirirmişik, sığorta etdirmişik. Amma bu qaydalara əməl etməyən xarici ölkəyə məxsus avtobusların sürücüləri müştərilərə ucuz xidmət göstərərək bizim fəaliyyətimizə mane olurlar. Bu səbəbdən biz işləyə bilmirik. Nəticədə bizimlə yanaşı dövlətin də büdcəsinə ziyan dəyir",-deyə sahibkar Ç.Talıbov bildirib.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bizimyol.info-ya açıqlamasında sözçüsü olduğu qurumun qeyri-qanuni daşımalarla bağlı cəza tədbiri görməyə səlahiyyətinin olmadığını bildirib: “Biz fərqlənmə nişanı təqdim etdiyimiz, müntəzəm və qeyri-müntəzəm marşrut xətti üzrə sərnişindaşımada iştirak edən daşıyıcılarla bağlı hər hansı bir məsələyə müdaxilə edə biləcək səlahiyyət sahibiyik. Qeyri-qanuni daşıma sağlam olmayan rəqabətə gətirib çıxardır. Biz də bu məsələdən narahatıq”.

Ramid İbrahimov

https://www.youtube.com/watch?v=Gn5hlFDR_Tw

Son xəbərlər
Bütün xəbərlər »