Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəsimi və “Nəsimi ili”, yaxud kim necə fikirləşirsə…
Bədnam qonşularımızın sovetlər zamanında Frunzik Mkrtçyan adlı bir aktyorları vardı. “Qafqaz əsiri”. “Mimino” və beləcə bir-neçə filmdə komik obrazlar yaratmışdı. Vəssalam… bu qədər. Amma, o vəfat edərkən bütün hayastanda milli matam günü elan olunmuşdu. Sanki bu xalqa böyük və dəhşətli bir itki üz veribmiş…

Fəqət. bizim bəzi üzdəniraq “alimi biəməllərimiz “, əlyazmaları dünya muzeylərində saxlanan şairlərimizin, mütəfəkkirlərimizin, alimlərimizin “qarderobunu eşələməklə, alt paltarlarını analiz etməklə” və sair bu kimi yaramaz işlərlə məşğul olmağın həvəskarıdırlar. Belələri gah Nizamiyə ağız büzür, gah Şah İsmayıla qara yaxır, gah Səməd Vurğunu təhqir edir, gah Sabiri “xalq düşmanı” ela edir, gah da bekarçılıq olanda dilimizlə, orfofoqrafiyamızla,ədəbiyyatımızla tariximizlə və sair “məşğul olurlar”.

Məlum olduğu kimi bu il şöhrəti məğribdən məşriqəcən bütün dünyaya yayılmış, Azərbaycan tükcəsində yazılmış (Həsənoğlunun bir qəzəli istisna olmaqla ) klassik ədəbiyyatımızn banisi hesab edilən, misilsiz şair Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.

Məsələ orasındadır ki, zərrəcə millət və xalq təəssübü olan vətəndaş öz milli-mənəvi dəyərlərinə, tarixinə, ədəbiyyatına “dil uzada” bilməz və uzatmamalıdır.

Budur…birisi iddia edir ki, ”Nəsiminin dərisini soymayıblar yalandır”, o birisi yazır ki, “Nəsimi Allahsız olub və onun müsəlmançılıqla heç bir əlaqəsi yoxdur”, digər maniyaya mübtəla olmuş birisi də deyir ki, “ Nəsimi Azərbaycanda doğulmayıb” və sair.

Mən bu barədə çox yazmışam. Hətta bir qədər əvvəl öz FB səhifəmdə “Yenə həmin koordinat, həmin tezlik” sərlövhəli yazı da dərc etmişəm . Nə yazıqlar ki, “maniakal-depressiv” əhvallı insanlar belə şeylərə fikir vermirlər.

Dostlar, Nəsiminin 650 illiyinin bazarlarda yumurtanın bahalaşmasına, çörəyin çəkisinin azaldılıb qiymətinin qalxmasına, pensiyaların verilməməsinə, nəqliyyatda gediş haqqının qaldırılmasına, rüşvəxorluq və korrupsiyaya, eləcə də digər sosial problemlərə dəxli yoxdur. Və ola da bilməz.

Bu gün Nəsimini tanımayan, onun bircə bəndini dilinə gətirə bilməyən insana nə deyəsən. Yaxud ali təhsilli, kifayət qədər pedaqoji təcrübəsi olan müəllim Nəsiminin dərisinin soyulmasına səbəb olan şeirdən bircə misranı belə bilmirsə, bu barədə təsəvvürü yoxdursa günah kimdədir? Bax, ən böyük milli dərdlərimizdən biri də budur ey…

Danılmaz bir həqiqətdir ki, Nəsimini də, Nizamini də, Füzulini də eləcə də digər dahilərimizi də bu torpaq yetişdirib. Onları Qızıl Arslanlar, Sultan Süleymanlar, Nadir şahlar və bu qəbildən olan tac-taxt sahibləri yetişdirməyib. Əksinə tac-taxt sahibi olan həmin şahlar və sultanlar bu dahilərin qələminin kölğəsində şöhrət tapıblar, tarixə düşüblər.

“ Deyə bildimmi?”….

(Allah Azad müəllimə – Azad Mirzəcanzadəyə qəni-qəni rəhmət eləsin! Amin!)

Son xəbərlər
Bütün xəbərlər »