Bazar ertəsi , 21 Yanvar, 2019
Baş səhifə / Cəmiyyət / Göygöldə qanunsuz ov edənlər saxlanıldı – Foto

Göygöldə qanunsuz ov edənlər saxlanıldı – Foto

60 Views

Göygöl rayonunda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Report-a verilən məlumata görə, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Göygöl rayon sakinləri – Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Qeyd edək ki, saxlanılanlar qohumdur. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri, ümumi sayı 84 ədəd olan patron, habelə ovladıqları 2 dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, Quba rayonunda da qanunsuz ov edən şəxs saxlanılıb.