Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriya İsraili BMT-yə şikayət etdi: Qarşısını al!

Suriya Xarici İşlər Nazirliyi İsrail raketlərinin Dəməşq ətrafına hücumları səbəbindən BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasına məktub göndərib.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, nazirlik məktubda İsrailin ABŞ-ın qorumasından istifadə etdiyini bildirib:

"Bu xain hücumlar Suriyadakı böhranı və terroristlərə qarşı aparılan mübarizəni uzatmaq və öz agentləri olaraq fəaliyyət göstərən terrorçu qrupların yerdə qalanının əhvalını yüksəltmək cəhdləri çərçivəsində reallaşıb. Həmçinin bu hücum İsrail hakimiyyətinin artan daxili problemlərin həllindən qaçmağa yönəlik bir hərəkətdir".

BMT-dən İsrail hücumlarının qarşısının alınması tələb edilib.

Son xəbərlər
Bütün xəbərlər »