Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN Bakıda uşağın oğurlanması ilə bağlı yayılan xəbərə açıqlama verdi
Dünən sosial şəbəkələrdə paytaxtın küçə və parklarında uşaqlı analara qarşı təhlükə yaranması, onlara yaxınlaşan iki qadının uşağın sağlamlığı ilə bağlı anaları sorğu-suala tutmaları, bugünlərdə bir qadının uşağının səhhəti ilə maraqlanandan sonra hətta onu oğurlamaları, bu qadınların orqan alverçiləri olduqlarının güman edilməsi barədə məlumat paylaşılıb.

Belə statusların nə dərəcədə reallığa uyğun olub-olmadığını öyrənmək üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə yaratdıq. Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev sosial şəbəkələrdə və hətta bir sıra xəbər saytlarında yayılan bu məlumatın tamamilə şayiə və yalan olduğunu bildirdi: “Ajiotaj, sensasiya yaratmaq məqsədi ilə ordan-burdan eşidilən, kiminsə ehtimal və güman etdiyi fikirləri mətbuata çıxarmaq insanlar arasında çaşqınlıq yaratmağa uğursuz cəhddən başqa bir şey deyil. Əminliklə bildirirəm ki, son vaxtlar polis orqanlarına belə məzmunlu heç bir şikayət və müraciət daxil olmayıb”.

Şöbə rəisi sonda onu da vurğuladı ki, vətəndaşlarımız hər hansı qanun pozuntusu və ya cinayətlə üzləşdikdə dərhal DİN-in “102 Zəng Mərkəzi”nə, yaxud aidiyyatı üzrə ərazi polis orqanlarına müraciət etməlidirlər.

Ramid İbrahimov

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »