Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, ABŞ-ın məğlub olması deməkdir"

ABŞ-ın İrana qarşı təşkil edəcəyi zirvəyə ev sahibliyi edəcək Polşaya qarşılıq vermək lazımdır.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmətullah Fəlahətpişə deyib. O, Varşavada keçirilməsi nəzərdə tutulan zirvəni ABŞ-ın İrana qarşı yeritdiyi psixoloji müharibənin bir parçası adlandırıb:

“ABŞ bölgədəki məğlubiyyətlərinin əvəzini çıxmaq üçün bu cür addımlar atır. Polşaya veriləcək qarşılıq adi qınamalardan kənara çıxmalıdır”.

İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani də Varşavada keçiriləcək zirvə haqqında açıqlama verib:

“”Sanksiyaları və təzyiqləri sonuna qədər artıracağam” deyən şəxs çarəni konqres və seminarlarda axtarırsa, bu məğlub olduğu mənasına gəlir”,- deyə o bildirib.

Qeyd edək ki, ABŞ Polşada fevralın 13-14-də Yaxın Şərqdə stabilliyin təmini ilə bağlı beynəlxalq sammit keçirəcək.

Son xəbərlər
Bütün xəbərlər »