Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən böyük və ən qədim maşın qəbirstanlığı - Fotolar

ABŞ-ın Atlanta şəhərindən 50 mil məsafədə meşə sahəsi yerləşir.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, meşə köhnə maşınlarla doludur. Meşənin girişində “Dünyanın ən qədim maşın qəbirstanlığı, 80 il” yazılı lövhə var.

Hazırda qəbirstanlıqda 4 mindən çox klassik avtomobil var. Onların böyük əksəriyyəti 1972 və daha əvvəlki illərdə istehsal edilib. Burada “Ford”, “Cadillac” və hətta 1941-ci ildə istehsal edilən, nadir tapılan “Mack” yük maşını da var.

Qəbirstanlığın tarixi 1931-ci ildən başlayır. Lyuis ailəsi Uayt şəhərciyində univermaq açdı. Onlar univermaqda avtomobil ehtiyat hissəsindən tutmuş paltara qədər müxtəlif şeylər satırdılar. ABŞ ikinci dünya müharibəsinə qoşulanda polad və təkər resursları azaldı və Lyuislər bizneslərinə zibilxananı da əlavə etdilər. Onlar köhnə maşınları alır, ehtiyat hissələrinə ayıraraq satırdılar.

1940-cı illərin sonunda univermaq yararsız avtomobillərin sökülmə məntəqəsinə çevrildi. Bu dövrdə isə qəbirstanlığın indiki sahibi Din Lyuis anadan oldu. Din uşaqlıq dövrünü maşınlarla oynamaqla keçirib. 1970-ci ildə ailə biznesi Dinin ixtiyarına keçdi. O, qərara gəldi ki, avtomobilləri təkcə söküb satmaq yox, eyni zamanda saxlamaq da lazımdır.

Bir neçə 10 illik ərzində Din müxtəlif köhnə və xarab avtomobillərin alınmasına minlərlə dollar xərclədi. Lyuisin ən populyar avtomobili 1940-cı il istehsalı olan “Ford”dur. Bu maşın 1983-cü ildə lentə alınan “Kouet dairəsində qətl” filminə çəkilib.

Qəbirstanlıq böyüdüyü üçün Din əlavə ərazi də almaq məcburiyyətində qaldı.

Hazırda qəbirstanlığı hər il yüzlərlə turist ziyarət edir. Giriş pulu 15 dollar, foto çəkdirmək isə 10 dollardır. Artıq Din ehtiyyat hissələri satmır.

Son xəbərlər
Bütün xəbərlər »