Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın qızı Dünya Bankına rəhbərlik edə bilər

ABŞ-da Dünya Bankına rəhbər postuna namizədlərin siyahısı hazırlanır.

Bankın ən böyük səhmdarı ABŞ olduğu üçün prezident postuna namizədi də məhz bu ölkə irəli sürür.

“The Financial Times” qəzetinin xəbərinə əsasən, artıq ən azı 4 namizədin adı məlumdur. Onlar arasında ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp da var. İvanka hazırda atasının müşaviri postunu tutur.

BMT-dəki keçmiş daimi nümayəndə Niki Heylinin də namizədliyi ABŞ hökumətinin maraqlarına uyğundur. Bu siyahıya həm də ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Milli Agentliyinin rəhbəri Mark Qrin, Maliyyə nazirinin müavini Devid Malpassın da adı var.

Dünya Bankı

Dünya Bankının rəhbəri Cim En Kim fevral ayında bu postu təhvil verəcək. Keçid dövründə struktura icraçı direktor Kristalin Georgiyev rəhbərlik edəcək. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »