Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənilər rüşvətxor xarici siyasətçiləri özlərinin qeyri-qanuni maraqlarının icraçısına çeviriblər" - Açıqlama

"Prezident doğru olaraq bəyan edib ki, Ermənistandan konyakdan tutmuş orden və medallara qədər ən müxtəlif formada rüşvət alan xarici ölkələrin siyasətçiləri onların qeyri-qanuni maraqlarının icraçısına çevrilirlər. Rüşvətlə ələ alma sahəsində ermənilərin çox böyük təcrübələri var".

Bu sözləri Bizimyol.info-ya açıqlamasında politoloq Nəzakət Məmmədova Nazirlər Kabinetinin iclasında ölkə başçısı İlham Əliyevin Ermənistanla bağlı səsləndirmiş olduğu fikirlərə dair açıqlama verərkən deyib. O, qeyd edib ki, ermənilər tarix boyu asılı oldhqları şəxsləri, yaxud siyasi dairələri müxtəlif üsul və vasitələrlə ələ alaraq öz çirkin niyyətlərinə alət edirlər:

"Onlar tarix boyu, qədim zamanlardan bugünədək asılı olduqları, işləri düşdükləri şəxsləri ən müxtəlif üsul və vasitələrlə ələ almış, bu yolla öz mənfur planlarını həyata keçirmişlər. Məsələn, 1813-28-ci illərdə İrandan Qarabağa köcürülən ermənilər öz qızlarını Qarabağ xanlarının hərəmxanasına göndərməklə məliklik statusu qazanmışlar. Yaxud, Dağlıq Qarabağ məsələsində üstünlüyə məhz satqın Qorbaçovu pulla ələ almaqla nail olmuşlar. Bu proses indi də prezident İlham Əliyevin dediyi kimi müxtəlif xarici siyasətçilərin satın alınaraq öz tərəfinə çəkilməsi ilə davam edir. Həmin siyasrtçilər haqq-ədaləti müdafiə etməkdənsə, işğalçı ilə əməkdaşlıq edir, öz şəxsi ləyaqətlərini və mənsub olduqları beynəlxalq təşkilatların prinsiplərini öz şəxsi mənafelərinə qurban verirlə".

Həmçinin Nəzakət Məmmədova əlavə edib ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, eləcə də ATƏT-in Minsk qrupu bugünə qədər işğalçıları beynəlxalq hüquqa riayət etdirə biıməyib. Həmçinin bu işğalçılıq siyasətinin fonunda Ermənistan heç nə qazandırmadı, əks təqdirdə onlar milyardlarla vəsait və beynəlxalq imic qazana, əhalilərinin rifahını yaxşılaşdıra bilərdilər:

"Təəssüfdoğurucu haldır ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, xüsusilə münaqişənin həlli ilə məşğul olması üçün mandat verilmiş Minsk qrupu indiyə qədər işğalçını beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməmişlər. Üstəlik, torpaqlarımızın işğalında, dinc vətəndaşlarımızın vəhşicəsində öldürülməsində, əmlaklarının qarət edilməsində iştirak etmiş Ermənistanın keçmiş quldur rejimin hakimiyyətdə olduğu müddətdə keçirdiyi saxta seçkilər əksər hallarda beynəlxalq təşkilatlar tərəfindən guya normal standartlara uyğun seckilər olaraq hesabatlarda öz əksini tapıb. Ermənistan əhalisi son parlament seçkilərində keçmiş rejimin töküntülərinə əvvəllər də olduğu kimi tam etimadsızlıq göstərdi və onlar cənab Prezidentin də qeyd etdiyi kimi heç 5 faiz səs toplaya bilmədilər. Qarabağ kartından istifadə edərək hakimiyyəti zəbt edən rejim öz cinayətkar əməllərinin qurbanına çevrildi. Lakin Azərbaycan yenə də alicənablıq nümayiş etdirərək Ermənistana şans verir ki, işğala son qoymaqla ölkəmizin həyata keçirdiyi qlobal layihələrə qoşulmaq imkanı əldə edib öz iqtisadi durumunu yaxşılaşdırsın, səfalətdən qurtulsun. Əgər Paşinyan əvvəlki rejimin səhvlərini təkrarlamayaraq işğalçılıqdan əl çəkərsə, Azərbaycanın verdiyi son şansı dəyərləndirə bilərsə, bəlkə o zaman Ermənistan öz səhvlərindən nəticə çıxarıb doğru yola qədəm qoya bilər. Bu, elə ilk növbədə Ermənistanın özünə lazımdır. 27 illik işğal siyasəti Ermənistana heç nə qazandırmadı, halbuki həmin müddətdə ölkəmizin həyata keçirdiyi layihələrə qoşulsaydı milyardlarla dollar vəsait, müsbət beynəlxalq imic, əhali yaxşı güzəran əldə edə bilərdi. Ən əsası isə hər iki tərəfdən minlərlə insan həlak olmazdı".

Son xəbərlər
Bütün xəbərlər »