Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada superkubok həyəcanı
Bu gün UEFA superkuboku öz sahibini tapacaq.

Sportarena.az xəbər verir ki, Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək qarşılaşmada Çempionlar Liqasının son qalibi “Real” Avropa Liqasının son çempionu “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirəcək.

Bu günə kimi 5 dəfə superkubok uğrunda görüşə çıxmış “kral klubu” 3 dəfə bu kuboka yiyələnib. Ötən il superkuboku qazanmış Madrid təmsilçisi bu il də qalib gələcəyi təqdirdə, ardıcıl ikinci dəfə eyni uğura imza atmış olacaq.

“Mançester Yunayted”in isə superkubok həsrəti 26 ildi. Mankunianlar sonuncu dəfə 1991-ci ildə bu kuboka sahib çıxıb. Ümumilikdə isə “qırmızı şeytanlar” 3 dəfə superkubok qarşılaşmasına çıxıb. Mançester təmsilçisi 1999 və 2008-ci illərdəki superkubok oyunundan məğlub ayrılıb.

Matç bu gün Bakı vaxtıyla saat 22:45-də, Skopyedəki “2-ci Filip” stadionunda baş tutacaq.

UEFA superkuboku

8 avqust

22:45 Real (İspaniya) - Mançester Yunayted (İngiltərə)

\ Makedoniya, Skopye. “2-ci Filip” stadionu

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »