Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” Kopenhagendə tək qalmayacaq - Türklərdən möhtəşəm jest
"Qarabağ" futbol klubunun Danimarkanın Kopenhagen şəhərində 23 avqust 2017-ci il tarixində "Kopengahen" klubu ilə baş tutacaq oyununa soydaşlarımızın hazırlığı davam edir.

Bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib.

"Ölkə.Az" xəbər verir ki, Federasiya başqanı, yazar İlhan Esen "Qarabağ" klubunun Danimarkaya gələcəyi ilə bağlı xəbəri eşidən gündən ciddi hazırlaşdıqlarını bildirib:

"Doğma klubumuza dəstək üçün federasiya olaraq Azərbaycan və Türkiyə bayraqları ilə meydandan olacağıq. Bununla bağlı üzvlərimiz məlumatlanıblar. Qarabağ özünü türk hiss edən hər bir insanın ürəyindəki yaradır. Ora sadəcə Azərbaycanın deyil, türk dünyasının gerçək yurdudur. O səbəbdən də, "Qarabağ" klubu bizim mənəvi və milli bir simvolumuzdur. Həm də Qarabağın azadlığı üçün meydanda "Qarabağ"a dəstək verəcəyik".

Federasiya başqanı heç bir zaman Qarabağın işğalı ilə barışmayacaqlarını da qeyd edib:

"Skandinaviyada Qarabağ həqiqətlərinin çatdırılmasına çalışırıq. Bu milli vəzifəmizdir. Qarabağ bizim üçün müqəddəs əmanətdir", -deyə İ.Esen əlavə edib.

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »