Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil Nazirliyi tələbələrə müraciət etdi
İyulun 17-dən indiyə qədər 3000-ə yaxın tələbə transfer.edu.az portalı vasitəsilə orta ixtisas və ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət edib.APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, bunlardan 2300-ü ali təhsil, 700-ə yaxını isə orta ixtisas təhsili müəssisələrinə köçürülmək istəyən tələbələrdir.

S. Gözəlov bildirib ki, tələbələr həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə köçürülə bilərlər.

Onun sözlərinə görə, xarici ali təhsil müəssisələrində qiyabi təhsil alanların Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə icazə verilmir. Sektor müdiri əlavə edib ki, yalnız əyani təhsil alan, habelə İELTS, TOEFL imtahanları ilə xarici ali təhsil müəssisələrinə qəbul olunanların ölkənin ali məktəblərinə köçürülməsinə imkan verilir.

S. Gözəlov qeyd edib ki, fəaliyyəti dayandırılmış “Təfəkkür” Universitetinin tələbələri də transfer.edu.az portalına müraciət etməklə, istədikləri ali təhsil müəssisələrinə köçürülə bilərlər: “Təfəkkür” Universitetinin tələbələri də portala müraciət etməli, lazım olan sənədləri yükləməlidirlər. Portal 15 avqust tarixinə qədər fəaliyyət göstərəcək. Artıq az zaman qalıb.

Köçürülmək istəyən tələbələrə müraciət edirəm ki, əgər təhsil aldıqları ali məktəbləri, ixtisasları dəyişmək istəyirlərsə portala müraciət etsinlər”.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »