Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tale Bağırzadə həbsxanada döyülüb? – AÇIQLAMA
“Son günlər bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin həbsxanasında saxlanılan, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə və s. cinayətlərə görə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12, 29; 120.2.3,29; 120.2.4,29; 120.2.7,29; 120.2.12- ci maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Tale Kamil oğlunun işgəncələrə və qeyri-insani rəftara məruz qalması, həyatının təhlükə altında olması, qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkum Tale Bağırov telefon danışıqlarından istifadə edir: “O, hüquqlarını müdafiə edən vəkili və ailə üzvləri ilə görüş imkanına malikdir. Şəxsi təhlükəsizlik hüququ qanunvericiliyə uyğun tam təmin olunur, səhhətində problemlər mövcud deyil, qeyri-qanuni hərəkətlərə və ya pis rəftara məruz qalmayıb. Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaratmaqla, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər”.

Məlumatda həmçinin qeyd olunur ki, bütün penitensiar müəssisələrdə xüsusi kontingentin saxlanılması, maddi-məişət şəraiti, azadlıqdan məhrum edilmiş və təqsirləndirilən şəxslərin hüquqları qanunvericiliyin tələblərinə uyğun təmin edilir: “Məhbusların saxlanılması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan hüquqları ölkə rəhbərliyinin humanist addımları sayəsində son illər ərzində dəfələrlə yaxşılaşdırılıb”.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »