Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
18:00-dan sonra küçəyə çıxmayın – XƏBƏRDARLIQ
“Bakıda küçələrin dar olması, hündürmərtəbəli binaların tikilməsi və avtomobillərin sayının artması paytaxtda havanın sürətlə çirklənməsinin əsas səbəbləridir”.

Baku.ws xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a müsahibəsində ekoloq Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, hər il dünyada təxminən 3 milyona yaxın insan atmosferi bürüyən zəhərli qazlardan dünyasını dəyişir.

“Havanın çirklənməsi bakteriyalar, mikroblar, müxtəlif zərərli qazlar, toz və digər amillərlə bağlıdır”, - Vaqif Əliyev bildirib.

Terapevt Məlahət Abbasova isə bildirir ki, çirkli hava insanda astmaya, ürək çatışmazlığına, nəfəs yollarındakı xroniki xəstəliklərə səbəb olur. Bundan başqa, çirkli hava insanların aqressivləşməsinə də səbəb olur.

Məlahət Abbasovanın sözlərinə görə, havanın çirklənmə səviyyəsi ən çox 18:00-dan gecə yarısına qədər olan vaxtda daha yüksək olur.

“İnsanlara, xüsusilə də ürək xəstəliyindən əziyyət çəkənlərə, tənəffüs orqanlarında problemi olanlara bu saatlarda evdən çölə çıxmamaq məsləhət görülür. Kirli hava daha çox qadın, qoca və uşaqlara təsir edir”, - deyə terapevt bildirib.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »