Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmosdan gələn sirli siqnalların mənbəyi barədə 5 mülahizə

Mütəmadi olaraq uzaq qalaktikalardan sirli siqnallar siqnallar alınır.

Sürətli radio siqnallar Yerdəki teleskoplara çatanda bir neçə saniyə ərzində parlaq işıq müşahidə edilir və daha sonra sönür.

Bizimyol.info xəbər verir ki, son 10 il ərzində astronomlar onlarla belə siqnalı qeydə alıblar. Onların arasında vaxtaşırı təkrarlanan siqnallar da var.

Bu siqnalların mahiyyəti və gəldiyi yer barədə dəqiq faktlar yoxdur. Amma belə siqnallar barədə 5 mülahizə mövcuddur.

1. Sürətlə sönən ulduzlar

Ulduzlar partlayaraq öləndə sürətlə sıxılan neytron ulduzlara çevrilirlər. Astronomlar hesab edirlər ki, bu proses güclü maqnit sahəsində baş verərsə, qəribə radiosiqnalların göndərilməsi mümkündür.

2. İki ulduzun birləşməsi

İki neytron ulduzun toqquşaraq birləşməsi də siqnalların mənbəyi ola bilər. Amma bu siqnallar yalnız bir dəfə gələ bilər. Eyni nöqtədən təkrar-təkrar gələn siqnallara aid edilə bilməz.

3. Blitsar

Blitsar dedikdə astronomlar öz ağırlığı altında sıxılaraq "qara dəlik" yaradan ulduzları nəzərdə tuturlar. Amma bu da ulduzun məhv olmasına gətirib çıxarır və təkrar siqnallar göndərə bilməz.

4. Qara dəlik

Qara dəlik

Qara dəliklər də oxşar siqnallar göndərə bilərlər. Bununla bağlı çoxsaylı nəzəriyyələr mövcuddur. Qara dəliyə düşən neytron ulduzun qəribə siqnallar verməsi mümkündür.

5. Yadplanetlilər

Bu qinallara elmi izah verilmədiyi zaman yadplanetlilərlə bağlı nəzəriyyələr ön plana keçir. Bu mülahizəyə əsasən siqnallar başqa qalaktikalarda mövcud olan canlılar tərəfindən göndərilir.

Amma bu yanaşmaya qarşı çıxanlar da az deyil. "Siqnallar müxtəlif qalaktikalardan gəlir. Ola bilməz ki, müxtəlif qalaktikalarda mövcud olan müxtəlif canlılar eyni növ siqnallar göndərsin",- deyə astronom Helen Sters BBC-yə bildirib.

Son xəbərlər
Bütün xəbərlər »