Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada qəribə qəza: Zirehli daşıyıcı ilə avtomobil toqquşdu – VİDEO
Rusiyada avtomobillə zirehli daşıyıcı (ZDT) arasında baş verən qəzanın günahkarı məlum olub.

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kemerovoda baş verən qəzanın səbəbkarı ZDT-80-nin sürücüsüdür.

Bazar ertəsi səhər saatlarında baş verən qəza zamanı “KİA” markalı avtomobilə ciddi ziyan dəyib, onun sürücüsü isə xəsarət alıb. İlkin versiyaya görə, ZDT-80-nin sürücüsü nizamlanan yolayrıcına daxil olarkən nəqliyyat hərəkətinin təhlükəsiz olub-olmamasından əmin olmayıb və nəticədə minik avtomobilinə çırpılıb. Hazırda qəzanın təfərrüatları müəyyənləşdirilir.

Son xəbərlər
Bütün xəbərlər »