Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 milyon krediti qaytarmayan iş adamının məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Beynəlxalq Bankın nümayəndəsi mülki iddia qaldırıb. O, banka vurulan ziyanın 15 milyon manat olduğunu deyib.

Nümayəndə bildirib ki, dəymiş zərərdən banka yalnız 3 milyon manat pul ödənilib.

Mülki iddia icraata götürülüb.

Məhkəmənin baxış iclası yanvarın 11-nə təyin edilib.

İttiham aktına əsasən, iş adamı R.Allahverdiyev Azərbaycan Beynəlxalq Bankının Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin sonradan o, krediti qaytarmayıb.

Buna görə də R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »