Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anar Nəcəfli: İki ilə yaxın tikintidə fəhlə işləmişəm - Video

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları ARB TV-nin xəbər aparıcısı, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli və 11 yaşlı Ayxan olub.

Oxu.Az xəbər verir ki, Anar Nəcəfli verilişdə keçmişi ilə bağlı maraqlı açıqlamalar verib.

O, təhsilini başa vurduqdan sonra ixtisasına uyğun iş tapa bilmədiyindən iki ilə yaxın tikintidə fəhlə kimi çalışdığını bildirib.

“Hərbi xidmətdən sonra bir müddət iş tapa bilmədim. İki ilə yaxın tikintidə fəhlə işləmişəm. Sonradan televiziyaya müxbir olaraq gəldim”.

Aparıcı bildirib ki, bir müddətdən sonra isə artıq teleaparıcı kimi fəaliyyətini davam etdirib və uğur qazanıb.

Son xəbərlər
Bütün xəbərlər »