Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Montin sakinlərindən Kəmaləddin Heydərova MİNNƏTDARLIQ
Moderator.az xəbər verir ki, bu gün axşam saatlarında Nərimanov rayonunda "Montin parkı" kimi tanınan istirahət parkında yanğın baş verib.

Yanğının dəqiq səbəbi bilinməsə də ərazidə oynayan kiçik yaşlı uşaqların ehtiyyatsız davranışından quru ot kütləsinin yanğına səbəb olduğu bildirilir.

Maraqlıdır ki, yanğınla bağlı parkın yaxınlığındakı binada yaşayan tanınmış hüquqşünas Qurban Məmmədov dərhal Fövqəladə hallar Nazirliyinin müvafiq qurumuna zəng edərək təhlükə barədə xəbər verib. Onun telefon zəngindən cəmisi 7-8 dəqiqə sonra 2 yanğınsöndürmə maşını və post patrul xidmətinin əməkdaşları hadisə yerinə gələrək qısa zamanda yanğını söndürüb. Beləliklə paytaxtın ən gözəl və yaraşıqlı parklarından birinin sıradan çıxmasının qarşısı alınıb.

Moderator.az bir azdan həmin olayla bağlı videomaterialı da oxuculara təqdim edəcək. Qeyd edək ki, yanğınsöndürmə briqadasının belə opertaivlik sərgiləməsi ərazidə yaşayan sakinləri çox məmnun edib və onlar bunu fövqalədə hallar naziri Kəmaləddin Heydərovun xidməti kimi qiymətləndirərək minnətdarlıqlarını ifadə ediblər.

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »