Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır
telefon

Azərbaycan və digər MDB ölkələri 694-790 meqaherts tezliklərin mobil rabitənin ehtiyacları üçün boşaldılması üzrə danışıqlara başlayıb.

Bizimyol.info bildirir ki, bunu Trend-ə müsahibəsində Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (ITU) Radiorabitə Bürosunun direktoru Fransua Ransi deyib.

O bildirib ki, Azərbaycan həmin spektrdə tezliklərdən istifadə etməsi üçün qonşularla razılıq əldə etməlidir:

“Bu istiqamətdə danışıqlar başlayıb. Biz bir neçə görüş keçirmişik. MDB ölkələri bir müddət əvvəl 694-790 meqaherts tezliklərin mobil rabitə üçün istifadəsi ilə bağlı danışıqları başlamaq razılığına gəlib”.

ITU-nun teleyayımın tətbiqi ilə bağlı münaqişəli məsələləri həll etmək üçün hüquqi mexanizmlərinin olub-olmaması barədə sual cavab verən F.Ransi bildirib ki, ITU yalnız maraqlı tərəflər arasında görüşləri əlaqələndirə bilər:

“ITU qərar təklif edə bilər, fəaliyyətə məcbur edə bilməz”.

Qeyd edək ki, Azərbaycanda hazırda mobil rabitə üçün daha yüksək tezlik spektri istifadə olunur. 2G/GSM rabitəsi 900 və 1800 meqaherts, 3G 2100 meqaherts, 4G/LTE 1800 meqaherts tezlikdə istifadə olunur.

Paylaş »
››› Ramiz Mehdiyev yeni iş yerinə belə gəldi - Video
››› Mirqafar Seyidov Vilayət Eyvazova söz verdi
››› İrandan Ərdoğanın tənqidinə cavab
››› Keçmiş komandirdən açıqlama: “Mənə qarşı xüsusi vəhşilik göstərmək istəyirdilər”
››› Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Son xəbərlər
Bütün xəbərlər »