Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nizamidə 40-a yaxın qanunsuz ət satışı məntəqəsi yoxlanıldı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı məlum olub ki, hələ də standartlara cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı məntəqələri fəaliyyətini davam etdirir.

AQTA-dan verilən məlumata görə, bununla bağlı olaraq Agentlik aidiyyəti orqanlar ilə birlikdə qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlərə başlayıb.

Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib. Odur ki, reydlərə ilkin olaraq Nizami rayonundan başlanılıb. Bu rayon üzrə 40-a yaxın qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsinin fəaliyyətinə baxış keçirilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb.

Son xəbərlər
Bütün xəbərlər »