Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küsmək - İnsan eqosunun özünümüdafiəsi
İnsanlar həmçinin tək qalmaqdan qorxduqları üçün daim birgə yaşamı üstün tuturlar. Dost olurlar, ailə qururlar,qohum olurlar, övladları olur, münasibətlər yaradırlar, sevib sevilib ayrılıb, üzülüb, barışıb sevinirlər. Bəs niyə küsürlər insanlar bir-birindən? Küsmək nədir? Niyə bu çətin həyatda elə tək qalmamaqları ilə mübarizə aparmaq üçün sevdiklərini və özlərini üzürlər? Niyə insanlar rahat yaşamını təmin edərək başqalarını olduğu kimi qəbul edib, dəyişdirməyə deyil də öz keyfiyyətləri ilə yaşlanmağa imkan vermirlər? Nə üçün elə hər kəs özünə yaxşı olanı gözləyir, umur və alınmayanda üzülür, sarsılır və küsür. Bu açılı prosesdə əvvəllər çörək kəsdiyi, öpüşüb qucaqlaşdığı, deyib güldüyü sevincini, kədərini bölüşdüyü və s yaxını ilə, əlaqələri kəsir, ondan uzaq gəzir, “görmək belə istəmir”, onu da özünü də üzür, o olan yerdən uzaqlaşır, hətta öz yaxınlarını küsüb incidikləri ilə ünsiyyətinə qısqanır. Küsmək -insanın daxilində yaratdığı obrazlı aləm modelinin çalarları ilə reallıqda yaşananlar arasında ahəngin pozulması özünəhörmətin həddindən çox kənardan gözləntisi və neqativ düçüncələrin yaranması özünəzülm vermək və s deməkdir. Küsməyi tez – tez sevən insanlar, həddindən çox həyati tələbatları olan insanlardır. Onların istək və arzuları və xəyalən qurduqları yaşantıları doğrulmadıqca bu cür xislətli insanlar küsməyi üstün tuturlar. Küsmək prosesinə müxtəlif prizmadan (insan temperamentinin, xislətinin fərqli quruluşundan, cinslərarası münasibətlərdən dünyagörüşünün dar, əsəbi səbirsiz olmasından) yanaşmaq olar. Bəzən bunun kökü uşaqlıqdan qaynaqlanır. Hələ uşaqikən yaxınları onun əleyhinə çıxar və hər yalnış davranışında küskünlük nümayiş etdirilər, inciyirlər. Belə durumlar əhatəsində böyüyüb tərbiyə alan kəslər yaşlandıqca müstəqil düşünməyi üstün tutan, heç kimə ağız açmaq istəməyən, xahişdən uzaq olan, bəzi davranışda qaba reaksiya verən tez-tez küsməyi sevən olurlar. Aşırı halda küsən insanlarda infantilizm (uşağa bənzər) və eqoizm müşahidə olunur. Uşaqlıqdan uzaqlaşa bilməyən bu infantil böyüklər, yaranan problematik situasiyaya göz yaşları ilə cavab verirlər. Bir qisim insanlar da küsərək qarşısındakının üzülməsindən həzz alar, barışmaq üçün nazlanıb “daha dəyərli olmalarını sübut etmək üçün” bu silahdan da istifadə edərlər.

Bir mahnıda deyildiyi kimi “küsüb barışmağın öz ləzzəti var” Bəli küsüb barışmağın da öz ləzzəti var yalnız onu bacarmaq gərəkdir.Bəzən də çox fərqli olur, görkəmli Nazim Hikmətin küsməklə bağlı fikirləri bu yerde qeyd olunmalıdır. Küsmək nədir bilirsən?

Küsmək nədir bilirsən? Küsmək dürüstlüktür. Uşaqlıqdır və ondan dolayı saftır, Yalansızdır. Küsmək “səni sevirəmdir, Vaz keçə bilməməktir. Məni tanıdır küsmək. “Hirsliyəm amma hələ burdayam”dır, “getmədim”dir, “gedəbilmirəm”dir. Küsmək nazlanmaqdır, yaxın hiss etməkdir, “mənim üçün dəyərlisən”dir. Küsmək, “Sevdiyini bu cür!”deməkdir, ” anla məni!”deməkdir. Küsmək ümiddir, bəlkələri bitirməkdir, əmin olmaqdır. Küsmək insana xas olan xüsusiyyətdir. Yalnız biz yaşayıb yaratmaq məqsədi ilə insanlarla ünsiyyətimizi sağlam qurmalıyıq. Küsmək və barışmaq nə qədər vacib olursa olsun, yekunda anlaşma və qəbullanma mütləqdir. Bu səbəbdən birgə yaşamı təmin etmək, ömrümüzü kinsiz- küdurətsiz başa vurmaq ücün bu şeirlə yazımı bitirirəm.

BİZ NİYƏ KÜSÜRÜK BİR BİRİMİZDƏN?

Bu koca dünyada sevilmek varkən,

Biz niyə küsürük birbirimizdən?

Canla, canan ilə yaşamak varkən

Biz niyə küsürük bir birimizdən?

Nədən əhdimizə yalan qatırıq,

Bir nəfsə aldanıb canlar satırıq…

Peşiman oluruq… sonra yanırıq,

Biz niyə küsürük bir birimizdən?

Torpaqdan gəlmişik, yolçuluq ona,

Adəmdən var olub, gəldik cahana.

Gözümüz önündə qəsd edib cana,

Biz niyə küsürük bir birimizdən.?

pcc.az

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
Son xəbərlər
Bütün xəbərlər »