Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arıqlatma çaylarını alarkən diqqətli olun: Ölümlə nəticələnə bilər
Hollivud başda olmaqla bir sıra dünya ölkələrində məşhurlar tərəfindən reklam olunan "Teff toxumlu çay"ın tərkibində zəhər sayılan sibutramin aşkar olunub, hansı ki, bu maddə insanda xərçəng xəstəliyi yaradır.

Faktxeber.com bildirir ki, artıq qonşu Türkiyənin Səhiyyə Nazirliyi əsasən onlayn satışı həyata keçirilən satışına qadağa qoyub.

Elm adamları ümumiyyətlə bu tip arıqlama çaylarından uzaq durmağa çağıraraq, onların tərkibində olan müxtəlif zərərli maddələrin insanda qaraciyər, ürək xəstəlikləri yaratdığını, uzun müddətli istifadənin isə ölümcül ola biləcəyini vurğulayıblar.

Türkiyədə tanınmış elm adamı dr. Gurkan Kubilay bu tip çayları istifadə edərkən tərkibini yaxşı öyrənməyi tövsiyə edib: "Xroniki və uzun istifadələrdə Sibutramin kimi maddələr ölümlə nəticələnir. Bundan başqa arıqlama dərmanlarının tərkibində "efedra" yazırsa xüsusilə diqqətli olun. Bundan başqa Fen-phen maddəsi, DMMA varsa bunlardan uzaq durun."

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin bu mövzuda verdiyi rəy isə sadəcə o maddənin orada olduğu ilə bağlıdır: "Normal bir insanın bağırsağı akkordionun körükləri kimi açılıb-qapanır. Ancaq belə tərkibli dərmanların uzun müddətli istifadəsi bağırsaqların fəaliyyətini pozur. Arıqlama dərmanı, ya da çayı kimi aldığınız bu məhsullar sadəcə bağırsaqdan maye atmanıza səbəb olur. Bu halda maye ilə birlikdə potasium da xaric our. Potasium itkisi isə ürəyin artimiyasına təsir edir, bu da ölümlə nəticələnə bilər"

Professor bildirib ki, ümumiyyətlə arıqlatma dərmanı yoxdur: "Mən bu ölkəni 48 saat içində 160 mln.kq arıqlada bilərəm. Bir sidikqovucu verərəm ki, hər kəs ödəmini atar. Ancaq bu dərmanlar zaman keçdikcə qəbizlik, qalıcı ishal kimi problemlərlə birlikdə toksik əlamətlərin ortaya çıxmasına səbəb olaraq, ölümə yol açar".

"Bu dərmanların ölümə yol açdığı çox dəqiqdir. Doğru üsullar var ikən niyə bunlardan istifadə edirsiniz?", deyə professor sözlərini yekunlaşdırıb.

Son xəbərlər
Bütün xəbərlər »