Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada zibil qutusunda içərisində meyit olan çamadan tapıldı

Yanvarın 4-də Ukraynada çoxmərtəbəli binanın yaxınlığında yerləşən zibil qutusunda içərisində qız meyiti olan çamadan tapılıb.

Dəhşətli tapıntı Dnepr şəhərinin Qəhrəmanlar prospektində yerləşən yaşayış binasının yaxınlığında aşkar edilib.

“İlkin baxış zamanı ölən qadının 20-30 yaşları arasında olduğu müəyyən edilib. Onun şəxsiyyəti müəyyənləşdirilir. Qızın bədənində zorakılıq əlamətləri yoxdur”, - deyə polis bildirib.

Hadisənin təfərrüatı məhkəmə-tibbi ekspertizasından sonra aydın olacaq. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »