Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zehni gücləndirən faydalı qidalar

Qida üzrə mütəxəssislərin elmi araşdırmalarında məlum olub ki, ət, səhər yeməyi, kartof və soğan zehni inkişafı dəstəkləyir.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, zehnin güclü və iti olması yediyimiz qidalardan asılıdır.

Kartof

Qanda şəkərin səviyyəsini balanslaşdırır, bu sayədə beyin daha səmərəli çalışır.

Səhər yeməyi

Hər gün səhər yeməyi edən şəxslərin başqalarına nisbətən daha uğurlu və məhsuldar olduqları deyilir. Pendir, süd, yağ, yumurtanın tərkibində olan faydalı elementlər orqanizmi gücləndirərək gərgin iş gününə hazır edir.

Yağsız qırmızı ət

Əsl dəmir anbarı, xüsusilə sağlam qırmızı qan hüceyrəsi üçün əvəzolunmazdır. Ət beyin inkişafını yaxşılaşdırır.

Qırmızı soğan

Qırmızı soğan yaddaşı inkişaf etdirən və unutqanlığın qarşısını alan quercetin adlı komponent baxımından zəngindir. Eyni zamanda fol turşusu mənbəyidir.

Son xəbərlər
Bütün xəbərlər »