Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakim şahid və zərərçəkənlər barədə məcburi gətirmə qərarı çıxardı
Dəfələrlə məhkum olunmuş təşkilat rəhbəri və onunla birlikdə cinayət əməli törədən şəxslər hakim qarşısına çıxarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Səlimov, Məhəmməd Qafarov və Vaqif Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Telman Səlimov “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

Bizimyol.info xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və şahidlərin gəlmədiyi məlum olub. Hakim bildirib ki, zərərçəkmişlər və şahidlər məhkəməyə gəlmələri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin onlar məhkəmənin çağırışına məhəl qoymayıblar. Bu səbəbdən məhkəmı zərərçəkmişlər Məmmədov İlqar Sabir oğlu, Hacıyev Qismət Mirzə oğlu, Məmmədov Emin Tapdıq oğlu və şahid Hüseynov Tural Şakir oğlu barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Həbs şəxslər daha əvvəl müxtəlif maddələrlə ittiham olunub və məhkumluq həyatı yaşayıblar. Bu dəfə onlar vətəndaşların etibarından sui-istifadə edərək onlara sosial evlər və şatışda olan ucuz evlər alacaqlarını vəd ediblər.

Telman Səlimovun eyni məhkəmədə başqa bir cinayət işi üzrə prosesi də davam edir.

T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

Səlimov bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib. Bu işə görə isə barəsində həbs qərarı seçilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »