Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənc qızlar mağazada dava etdilər - Video
Türkiyədə gənc qızlar arasında öncə sosial mediada başlayan dava bir müddət sonra gerçəyə dönüb.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.

İddiaya görə, C.Ş adlı qız sosial media hesabında başqa bir qızla mübahisə etməyə başlayıb. Bu hadisədən bir müddət sonra isə onlar təsadüfən bir geyim dükanında qarşılaşıblar.

Belə ki, hər iki xanım sosial mediada sonlandıra bilmədikləri məsələni burada həll etməyə çalışıblar. Aralarındakı sözlü mübahisə daha sonra yumruqlarla və təpiklərlə müşayiət edilən davaya çevrilib.

Bir-biri ilə dalaşmağa başlayan qızları ətrafdakı insanlar sakitləşdiriblər.

İnsanların köməyi ilə mübahisə sona çatıb və hadisə yerinə polislər gəlib.

Hər iki qızı bölməyə aparan polislər C.Ş-nın daha əvvəl də belə bir məsələdə adının hallandığını açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »