Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.

Bizimyol.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) bir hissəsinin dam örtüyü yanıb.

Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »