Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya ölkələrinin qəribə toy adətləri
Azərbaycan toyları zəngin tarix və uzun əsrlərdən bu yana formalaşmış maraqlı adət-ənənəyə sahibdir. Ölkəmizin az qala, hər bir rayonunun, bölgəsinin özünəməxsus toy adət-ənənələri var. Bu barədə yazıldıqca yazılıb, deyildikcə də deyilib. Odur ki, təqdim edəcəyimiz yazıda Azərbaycan toylarından danışmaq fikrimiz yoxdu.

Moderator.az bu dəfə dünyanın ayrı-ayrı ölkələrindəki maraqlı toy adətlərindən danışacaq:

İsveçdə toya gələn heç bir qadın qırmızı rəngdə geyinməməlidir. Çünki toya qırmızı rəngli geyimlə gəlmək İsveçdə tam fərqli anlam daşıyır. İnanca görə, qırmızı rəngli paltar geyinən qadın bununla toyun bəyi ilə əvvəllər münasibətinin olduğunu göstərmək istəyir. Bu adət uzun illərdir ki, İsveçdə qalıb. Əgər kimsə bilmədən qırmızı rəngli don geysə, ona olan fərqli baxışın məzmunu artıq bəlli olacaq.

Polşada gənclər adında "r" hərfi olan aylarda (sentyabr, oktyabr və s.) toy etməyə üstünlük verirlər. Onlar bu aylarda olan toyun onlara uğur gətirəcəklərinə inanırlar.

Fransada toyların qəribə adətləri çoxdur. Birini deyək: burada toy sonunda artıq qalan içkiləri bəy və gəlinin ən yaxın dostları bir araya toplayaraq, onlara içirirlər.

Çexiya yeganə ölkədir ki, buradakı toylarda bəy və gəlin tort yerinə spagetti yeyir və bir-birilərinə yedirirlər.

Almaniyada toydan bir gün əvvəl bir neçə şüşə qabı (əsasən, boşqab, qədəh və s.) yeri atıb sındırırlar. Daha sonra bəylə gəlin ikisi həmin qırıntıları yerdən yığmalıdır.

Finlandiya toylarının da bizimlə bir oxşar cəhəti var: demək, orada da toydan əvvəl hamama getmək adəti var. Amma bizim "bəy hamamı" ənənəsinin əksinə olaraq, orada gəlin özünün rəfiqələri, anası və yaxın qohumları ilə hamama gedir.

Danimarkada gəlin öz gəlinlik libasını tikə bilməz. İnanca görə, o, atdığı hər tikişə görə evlilik həyatında göz yaşı tökəcək.

Slovakiyada da maraqlı toy adəti var: mərasimdən sonra getməyə hazırlaşan qonaqlar masaların üzərindəki bütün qədəhləri qırır. Xoşbəxt cütlük isə bir-bir onları yerdən yığmağa çalışır.

İspaniyada evlənən gənclər toy günü bir-birilərinə 14 ədəd xırda dəmir pul verirlər. Bu onların ailə həyatındakı ilk qazanc və gələcək maddi uğurlarının təminatı kimi başa düşülür.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər