Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaçıqçının qətli ilə bağlı yeni görüntü yayıldı - Video

Səudiyyə Ərəbistanlı jurnalist Camal Kaşıkçının İstanbuldakı tükürpədici qətli ilə bağlı yeni təfsilatlar məlum olub. Qurbanın doğranmış bədən hissələrinin olduğu güman edilən torbaların görüntüsü Türkiyə KİV-nə sızıb.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Al-Jazeera məlumat yayıb.

Görüntüdə qara minivenin qətl yerindən bir neçə yüz metr aralıda yerləşən baş konsulluq binasına yaxınlaşdığını görmək olur. Maşının içindən çıxan şəxslər şübhəli qara torbaları çıxararaq, diplomatik nümayəndəliyin binasına aparır.

Müşahidə kamerasının obyektivinə düşmüş videoyazı əvvəl “A Haber” telekanalında yayımlanıb. Telekanal kadrların hadisə ilə bağlı müstəqil jurnalist araşdırması aparan "Daily Sabah" nəşrinin müxbirindən əldə olunduğunu açıqlayıb.

Sözügedən nəşrin Türkiyə xüsusi xidmət orqanlarında mənbələri var və bundan əvvəl də Kaşıqçının qətli ilə bağlı eksklüziv materiallar dərc edib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı hökuməti Türkiyə xüsusi xidmət orqanlarının konsulluq binasında axtarış aparmasına icazə verməmişdi.

“Bu kadrlar istintaqın gedişini dəyişəcək”, - deyə Əl Cəzirənin reportajında qeyd olunub.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »