Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni əsgər özünü güllələdi

Gürcüstanın Xususi Penitensiar Xidmətində müddətli hərbi xidmət keçən əsgər, 20 yaşlı Xaçatur Mankasaryan növbətçilik zamanı odlu silahdan özünə xəsarət yetirib.

Bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 29-da, axşam saatlarında baş verib. X.Mankasaryan bu ilin 10 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Oktyabrın 23-dən etibarən o, 17 saylı Rustavi həbsxanasının Bayır mühafizə xidmətində xidmətə başlayıb.

X.Mankasaryan xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hazırda onun vəziyyəti sabitdir və həyatı təhlükədə deyil.

Hadisə barədə X.Mankasaryanın ailəsinə dərhal məlumat verilib. Faktla bağlı istintaq aparılır. İstintaq zamanı əsgərin sui-qəsdə cəhd etməsi və ya ehtiyatsızlıqdan özünə xəsarət yetirməsi müəyyən olunacaq. (Report.az)

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »