Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen İn əcnəbiləri ölkəyə çağırır

Koreya Xalq Demokratik Respublikası (KXDR) əcnəbiləri Yeni ili ölkənin turizm mərkəzlərində qeyd etməyə çağırır.

Bizimyol.info Azərtac-a istinadən xəbər verir ki, KXDR-in Dövlət Turizm Administrasiyası bununla bağlı xüsusi turlar planı hazırlayıb.

Plana əsasən, dekabrın son günlərindən yanvarın 5-dək davam edəcək tur çərçivəsində əcnəbi turistlər paytaxt Pxenyan da daxil olmaqla ölkənin bir neçə yerində turizm obyektlərinə baş çəkə biləcəklər. Bura Pxenyanın Kim İr Sen meydanında Yeni ilin qarşılanması şənliyində iştirak, buz festivalını, Cənubi Koreya ilə həmsərhəd bölgədəki Keson şəhərini, Myohyanq dağını ziyarət və s. aiddir.

Qeyd edək ki, Şimali Koreya xaricilər üçün ən çox qapalı dövlətlərdən biri hesab olunur. Bu ölkəyə xarici turistlərin səfərləri çox məhdud saydadır. KXDR-in əcnəbilər üçün Yeni il turları təklif etməsi də nadir hadisələrdəndir. Mütəxəssislər bunu beynəlxalq sanksiyaların təzyiqi altında olan Şimali Koreyanın ölkəyə valyuta cəlb etmək üçün yeni yollar axtarışı kimi qiymətləndirirlər.

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »