Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nyu-Yorkda ekstremist qruplaşmanın üzvləri həbs edilib

Nyu-Yorkda ekstremist yəhudi qruplaşmasının dörd üzvü iki yeniyetmənin oğurluğunda təqsirləndirilərək həbs olunub.

Bizimyol.info-un "Report"a istinadən məlumatına görə, bu barədə AFP xəbər verib.

Nyu-Yorkun Cənub dairəsinin prokuroru bildirib ki, saxlanılanlar ultraortodoksal "Lev Axor" sektasının üzvləridir. Onlardan biri, Bruklin şəhərində yaşayan 45 yaşlı Aron Rozner dekabrın 23-də həbs olunub.

Saxlanılanlardan Nahman Helbransın təriqətin lideri olduğu ehtimal edilir. O və qruplaşmanın üzvləri Mayer Rozner və Ceykob Rozner Nyu-Yorka gələn kimi həbs ediliblər.

Onlar Nyu-York şəhərindən təxminən 150 kilometr şimalda yerləşən Vudric kəndində 14 yaşlı qızın və onun 12 yaşlı qardaşının oğurlanmasında ittiham olunurlar. Uşaqların anası təxminən altı həftə əvvəl öz ailəsinin təhlükəsizliyinə görə ehtiyat edərək Qvatemalada təriqəti tərk edib.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »