Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pekin aeroportunda 100 milyonuncu sərnişin

Pekin “Paytaxt” beynəlxalq hava limanı cari il üçün 100 milyonuncu sərnişini qəbul edib.

Bununla Pekinin “Paytaxt” hava limanı il ərzində xidmət göstərdiyi sərnişinlərinin sayı 100 milyona çatan ikinci aeroport olub. ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson aeroportu 2015-ci ildə bu göstəriciyə nail olub.

Qeyd edək ki, Pekin “Paytaxt” hava limanı həm də sərnişin daşıma sayına görə Atlanta aeroportundan sonra dünyada ikincidir. Çinin “bir nömrəli qapısı” hesab olunan “Paytaxt” aeroportu ölkədə 3 terminalı, 3 uçuş-enmə zolağı və 2 dispetçer qülləsi olan yeganə hava limanıdır. Ümumilikdə 105 yerli və xarici aviasiya şirkətinin təyyarələri Pekindən dünyanın 296 şəhərinə uçuşlar həyata keçirir. Hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) də həftədə iki dəfə Bakı-Pekin-Bakı reysi ilə müntəzəm uçuşlar yerinə yetirir. (Azertagc.az)

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »