Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, zəif şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 30-40 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, avqustun 7-də hava şəraitinin yağmursuz olacağı, zəif şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacaq.

Sosial səhifələrdə paylaş

APA

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »