Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu vasitələr bahalı kremlərdən geri qalmır - Apteklərdən ucuz qiymətə alın
"Gözəllik qurban tələb edir" deyəndə atalarımız yəqin ki, maddi vəsaiti nəzərdə tutmayıblar.

Amma müasir zamanda qurban elə məhz puldur. Pulundan keçərək bahalı üz qulluq vasitələri, kosmetik vasitələr alıb, gözəlləşə bilərsən. Amma bir çox qulluq vasitələri var ki, onları daha ucuz qiymətə, elə apteklərdən də əldə edərək gözəlləşmək olar.

Medicina.az bahalı kremlərdən heç də geri qalmayan ucuz qulluq vasitələrini təqdim edir:

1) Kəhrəba turşusu hüceyrələrin tənəffüsünü və qan dövranını yaxşılaşdırır. Kosmetika istehsalçıları bu maddəni yaşlanma əleyhinə vasitələrin tərkibinə əlavə edirlər. Səbəbi isə kəhrəba turşusunun dəri toxumalarını elastik etməsi, ona sağlam rəng verməsi və şişkinliyini aradan qaldırmasıdır.

Apteklərdə kəhrəba turşusu (rus dilində "yantarnaya kislota") həb şəklində satılır. Ev şəraitində ondan effektiv maska hazırlamaq mümkündür. Bunun üçün kəhrəba turşusu həblərini əzərək toz halına salın. 1 ç/q tozu 3 x/q su ilə həll edin. Qarışımı üzünüzdə 10-15 dəqiqə saxlayın. Əks halda quruluq yarada bilər. Su əvəzinə aloe vera bitkisinin şirəsindən də istifadə etmək olar.

2) Kapsulda olan pişikotu (valerian)

Pişikotu əsasında hazırlanan preparatlar sakitləşdirici və yuxugətirici vasitə kimi istifadə edirlər. Amma bu bitki yalnız tibdə deyil, həmçinin kosmetologiyada da istifadə edilir. Valerian dərini hamarlaşdıraraq əzələləri tonuslaşdırır. Həmçinin də bu maddə iltihab və günəş yanıqları zamanı da yaxşı təsir edir.

Kapsulu deşin və tərkibində olan maddəni gözlərinizin altı da daxil olmaqla üzünüzə sürtün.

Gündəlik istifadə zamanı effekt 1 həftədən sonra üzə çıxacaq.

3) Mumiye

Dağlardan yığılan bu təbii maddənin əmələ gəlməsi prosesi indiyə qədər müəyyən olunmayıb. Tərkibində 85 mineralın və vacib amin turşularının olduğu məlumdur. Tərkibində marqanes və mis olan mumiye dərini tarım və elastik edir.

2-3 mumiye həbini əzin, bir az qaynanmış su əlavə edin, qarışdırın, üzün problemli yerlərinə çəkin, 15 dəqiqədən sonra yuyun. Mumiye sızanaqları yox etməyə yardım edir.

4) Gənəgərçək yağı

Bu maddə kosmetik məqsədlərlə işlədilən təbii nəmləndirici və iltihabəleyhinə vasitə hesab olunur. Yağın tərkibində olan maddələr dərinin dərin qatlarına gedərək onun kollagen və elastin maddələrinin üzə çıxmasına şərait yaradır.

Göz ətrafında dərin olmayan qırışları aradan qaldırmaq üçün bu yağı pambıq üzərinə damızdıraraq göz ətrafına və üzünüzə sürtün. 10-15 dəqiqə qaldıqdan sonra üzünüzü kağız salfetlə silin. Bu proseduru həftədə bir dəfə etmək lazımdır.

5) Balıq yağı kapsulları

Kapsulun tərkibinə balıq yağından əlavə, А, D və F vitaminləri də daxildir. Balıq yağı hüceyrələrin membranlarına qədər nüfuz edir. Balıq yağını göz ətrafına çəkmək lazımdır. Lakin bundan əvvəl allergiya testi etsəniz yaxşı olar. Vasitəni üzünüzə çəkdikdən 15-20 dəqiqə sonra yuyun.

Son xəbərlər
Bütün xəbərlər »