Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir gündə 3 evdən oğurluq edən saxlanıldı
Balaxanı qəsəbəsində bir gündə 3 evdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayon sakini Vilayət Hüseynov dekabrın 26-da rayon polis idarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin Balaxanı qəsəbəsində yerləşən mənzilinin pəncərəsini sındıraraq içəri daxil olduğunu və 1 ədəd “Samsung” markalı televizor, həmçinin 300 manatı pulunu oğurladığını bildirib.

Eyni tarixdə həmin qəsəbədə yaşayan daha iki ev sahibi mənzillərindən televizor, məişət əşyaları və 1000 manat pulun oğurlandığı barədə Şöbəyə şikayət ərizəsi təqdim ediblər.

Dərhal 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb hadisə yerlərinə baxış keçirilib və qeyd edilən hər 3 oğurluq hadisənin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Nurlan Cəfərov saxlanılıb. O, ifadəsində qeyd edilən cinayətləri törətdiyini etiraf edib.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »