Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalatasarayın futbolçusu “fərasəti” ilə hamını təəcübləndirdi
Türkiyənin “Qalatasaray” futbol klubunun müdafiəçisi Sərdar Əziz “Sivaspora” qarşı matç ərəfəsində özünü xəstəliyə vuraraq, məzuniyyətə yollanıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Spor.Haberler.com” məlumat yayıb.

Nəşrin məlumatına görə, 28 yaşlı futbolçu qarın ağrısından şikayət edib və “Qalatasarayın” 2018-ci ildəki sonuncu rəsmi matçını buraxıb.

Habelə oyundan 12 saat sonra Əzizin həyat yoldaşı “Instagram” səhifəsində ərinin Maldiv çimərliyində çəkilmiş şəklini paylaşıb.

Sərdar Əzizin bu hərəkətinə görə klub sıralarından kənarlaşdırılacağı güman edilir. Çünki baş məşqçi FatihTerim futbolçuya hiddətlənib və onunla müqaviləyə xitam vermək niyyətindədir.

Fatih Terim məzuniyyətdən sonra onu təlim-məşq toplanışına daxil etmək istəmədiyini açıqlayıb.

Qeyd edək ki, Əzizlə bağlanmış müqavilə 2020-ci ildə başa çatır.

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »