Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhriyar Məmmədyarov dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb.

Yarışın son günündə 3 qələbə, 2 heç-heçə edən 33 yaşlı qrossmeyster xallarını 10,5-ə çatdırıb.

Onun son turda heç-heçə etdiyi rusiyalı Daniel Dubov 11 xalla dünya çempionu olub. Bürünc medala isə 10,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura sahib çıxıb.

Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci olub.

Qadınların mübarizəsində isə Gülnar Məmmədova 7,5 xalla 18-ci, Günay Məmmədzadə 7 xalla 39-cu yeri tutub. Hərəyə 5,5 xal yığan bacılardan Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub.

Çinli Syuy Ventszyun 10 xalla dünya çempionu adını qazanıb. İranlı Sarasadat Xademəlşəriyə 9 xalla gümüş, eyni xala malik rusiyalı Aleksandra Qoryaçkina bürünc medal əldə edib.

Qeyd edək ki, dünya şahmat tacının norveçli sahibi Maqnus Karlsen rapid növündə 5-ci yerlə kifayətlənib. (Report.az)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »