Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nə qədər ki, mövsümüdür, bol-bol yeyin...

Təbii qida kimi göyərtilər çox faydalıdır.

Onlardan istifadə edilməsi xörəyə dad verməklə yanaşı, müalicəvi təsir də göstərir. Bəzən Qafqaz xalqlarının uzunömürlüyünü göyərtidən çox istifadə etməklə əlaqələndirirlər.

Göyərtilərin hər birinin özünəməxsus üstünlükləri var.

Məsələn, sarımsaq yemək dilin üstündə olan ərpi aparır. Arterial təzyiq zamanı sarımsaqla yanaşı tərxun yeyilməsi də çox faydalıdır. Ur və köp zamanı şüyüd yeyilməsi məsləhətdir. Qida qəbulundan dərhal sonra mədədə şişkinlik əmələ gəlirsə, xörəyi keşnişlə yemək lazımdır. Keşniş, eyni zamanda, əsəbləri sakitləşdirir.

Ağız qoxusuna qarşı çoxlu cəfəri yemək məsləhət görülür. Cəfəri iyi qovmaqla yanaşı, qanı qatılaşdırır. Onun tərkibində olan K vitamini qanaxmaya meyilli olanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalı təsir göstərir.

Böyrək və öd daşından əziyyət çəkənlərin kərəvizdən istifadə etməsi məsləhətdir. Kərəviz şiş xəstəliklərinin müalicəsində də istifadə edilir, hər gün onun şirəsindən bir stəkan içmək çox xeyirlidir. (Olke.az)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »