Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ 3 ölkəyə yardımları dayandırmaq niyyətindədir

ABŞ Hondurasa, Qvatemalaya və Salvadora yardımı dayandıracaq.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində yazıb.

“Honduras, Qvatemala, Salvador Birləşmiş Ştatlara heç bir fayda vermir, yalnız pullarımızı mənimsəyirlər. Deyilənə görə, Hondurasda yeni bir karvan (miqrant karvanı – red.) yaranır və onlar heç bir tədbir görmür. Uzun illərdir ABŞ-dan öz mənafeyi üçün istifadə edən bu üç ölkəyə hər cür yardıma son qoyacağıq!”, - D.Tramp qeyd edib.

Qeyd edək ki, verilən məlumatlara görə, hazırda Meksika ərazisində ABŞ sərhədinə doğru qonşu ölkələrdən bir neçə köçkün karvanı irəliləyir. Meksikanın ABŞ sərhədi yaxınlığındakı Tixuana və Mexikali şəhərləri ətrafında Honduras, Qvatemala, Salvador respublikalarından 9 minədək köçkünün toplaşdığı bildirilir.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »