Rusiyada iaşə obyektlərinə saxta spirtli içki satan azərbaycanlı saxlanılıb.
Federal Təhlükəsizlik Xidməti Omsk vilayətində yaşayan azərbaycanlıya qarşə əməliyyat keçirərək onun mənzilinə baxış keçirib.
Bu zaman evdən 3500 butulka alkoqol içki aşkar edilib. Məlum olub ki, o, hazırladığı aksiz markası olmayan içkiləri kafelərə satmaqla məşğul olub.
Adı açıqlanmayan şəxs saxlanılıb, içkilər müsadirə edilib. (Qafqazinfo.az)