Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Konstitusiyada ulduzlara belə bir səlahiyyət verilməyib" - Deputatdan astroloqa
Bir neçə gün öncə "Yeni Müsavat" qəzetinin qonağı olan astroloq Səbuhi Rəhimlinin səsləndirdiyi fikirlər heç də birmənalı qarşılanmayıb. Belə ki, o Milli Məclisin 10-a yaxın deputatının astroloqa zəng edərək 2019-cu ildə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumat verdiyini bildirib. Lakin o əlavə edib ki, ulduzlar 2019-cu ilin proqnozlarında belə bir hadisənin baş verəcəyini vəd etməyib.

Bizimyol.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa məsələyə ironik yanaşıb və qeyd edib ki, ölkənin ana qanunu olan konstitusiyasında ulduzların bu məsələni həll etməsi ilə bağlı heç birmüddəa yoxdur və onlara belə bir səlahiyyət verilməyib:

"Ola bilsin ki, çoxluq təşkil edən partiyanın deputatları bu barədə məlumatlı olsunlar, çünki hakimiyyət mətbəxinə daha yaxındılar. Orada ola bilər ki, bu barədə söhbətləşmələr olsun. Biz isə bu informasiyalara malik deyilik. Doğrusu bununla bağlı heç maraqlanmırıq da. Əgər çoxluq belə qərar qəbul eləsə bu çoxluğun qərarı ilə razılaşmaq lazım olacaq. Bunu isə mən indiki məqamda gözləmirəm.

Bu prezidentin səlahiyyətində olan bir məsələdir. Lakin mən bilmirəm bunu ulduzlara baxıb necə təyin edirlər. Hər bir halda ölkənin konstitusiyasında ulduzların bu məsələnin həll etməsi ilə bağlı heç bir müddəa yoxdur, ulduzlara belə bir səlahiyyət verilməyib".

Bizimyol.info

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »