Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən yalnız iti film ulduzu oldu - Fotolar, Video

Dünyanın ən yalnız iti film ulduzu oldu.

Söhbət Freya adlı itdən gedir. Hamımız bilirik ki, sığınacaqlarda saxlanılan itlərə nə qədər xidmət göstərilsə də, bura onlar üçün mükəmməl yer deyil. Dünyanın hər yerində saysız-hesabsız itlər üçün sığınacaqlar var və onlar ömürlərinin böyük hissəsini kimlərsə tərəfindən xilas ediləcəkləri ümidi ilə yaşayırlar.

Epilepsiya xəstəsi olan Freya da ömrü boyu sığınacaqdan xilas olunacağı günü gözləyənlərdən olub. Amma bir gün onun həyatı elə dəyişir ki, Freya Hollivud ulduzu olur. Freya həyatının altı ilini sığınacaqda keçirir və bu müddət ərzində 18 mindən çox insan sığınacaqdakı heyvanları öz himayələrinə götürdüyündən Freya dünyanın ən yalnız iti adını qazanır.

Amma Hollivud filmlərinin məşhur rejissorlarından Maykl Bey onunla bağlı xəbəri oxuduqdan sonra Freyaya kömək etmək qərarına gəlir. Rejissor ona “Transformers 5” filmində rol verərək Freyanı məşhurlaşdırır. Freya film ulduzu olmaqla yanaşı, onu himayəsinə götürən sahibini də tapır. (Moderator.az)

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »