Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn Yeni İl bayramı ilə əlaqədar olaraq “ASAN Məktub” layihəsinin növbəti təşəbbüsündə iştirak edib.

“ASAN Məktub” layihəsi bu dəfə Bakcell şirkətinin və “Personaj Agency”nin tərəfdaşlığı ilə leykemiyadan əziyyət çəkən 20 uşağı sevindirib. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün buraya səfər təşkil edilib, balacalara hədiyyələr təqdim olunub.

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsi www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir.

Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.

“Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi ilə tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »