Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın “ən pis sürücüləri” mükafatına bu ölkələr layiq görüldü
Dünyada müxtəlif mükafatlar var. Onlar əsasən yaxşı işlərinə görə insanlara təqdim edilir. Amma pis işlərə görə də təqdim edilən mükafatlar var.

“Ölkə.Az” xəbər verir ki, Dünya üzrə ən pis sürücüləri olan ölkələr müəyyən edilib. Biz də siyahıya öz əlavələrimizi etmişik. Siyahını oxucularımızla bölüşürük.

1.İtaliya

Yerli sakinlər temperamentləri ilə tanınırlar. Məhz bu səbəbdən İtaliya yollarında aqressiya çoxdur.

2.Səudiyyə Ərəbistanı

Hansı ərəb sürəti xoşlamır? Səudiyyə Ərəbistanı sürücüləri dünyanın ən qayğısız sürücüləri sayılır. Onlar avtomobillərlə tryukları da çox xoşlayırlar.

3.Vyetnam

Vyetnamda bir çox hallarda yol-hərəkət qaydaları lazım olmur. Sürücü kimi gücünü sınamaq istəyən bu ölkəyə yollana bilər. Çünki Vyetnam yollarında qaydalar yox, instintk və hadisəni qiymətləndirmə üstün tutulur.

4.Venesuela

Bu ölkədə problem həm sürücülərdə, həm də onların idarə etdiyi avtomobillərdədir. Venesuela küçələrində iri furqonlar və yük maşınları daha çox dəbdədir. Bununla belə, sürücülər sürət həddini aşırlar.

5.Hindistan

Hindistanda sürücülərin böyük əksəriyyəti xüsusi kurslardan keçməyib. Bunu bilən və sükan arxasına keçən, piyada yola çıxan digər sürücülərdən uzaq durmağa çalışır.

6.Nigeriya

Afrika da sürücüləri ilə məşhurdur. Pis sürücülər əsasən Nigeriyaya toplaşıb. Sürücülərin əksərinin sürücülük vəsiqəsi yoxdur. Onlar sadəcə yol qaydalarını pozmular, onlar hətta bu qaydalardan xəbərsizdirlər.

7.Çin

Əhalisi çox olan Çində sürücü sayı da çoxdur. Bu sürücülərin böyük əksəriyyəti qayda-qanunu bilmir. Tıxaclar bu ölkənin vazkeçilməz atributudur.

8.Azərbaycan

Pis sürücü mükafatına redaksiya olaraq azərbaycanlı sürücüləri də layiq gördük. Xətti tapdalamaq, bir-birinə yol verməmək, qarşı zolağa çıxmaq, harda gəldi park etmək, yolu kəsmək, tıxaca səbəb olmaq Bakı küçələrində adi hala çevrilib.

9.Türkiyə

Türkiyəyə səfər edən, xüsusən də İstanbulu gəzənlər bunu daha yaxşı bilər. Türk sürücülərinin azərbaycanlı sürücülərdən elə də fərqi yoxdur. Bayram günləri baş verən qəza statistikasına baxanda, türk sürücüləri barədə əməlli-başlı təəssürat yaranır.

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »